Başı qıçının arasında olanlar


Qızlara qarşı zorakılıq yenə də sosial şəbəkənin gündəmindəki əsas mövzulardan biridir. Məsələyə hərə bir cür şərh verir, amma əsas səbəb birdir: Bu hərəkətləri edən insanların başı çiyninin üstündə yox, ayaqlarının arasındadır.

Zorakılıq – sivil insana yaraşmayan bir haldır. Xüsusilə yaşda özündən balaca, fiziki baxımdan özündən zəif varlıqlara - qızlara zorakılıq edənləri “insan” adlandırmaq olmaz. Amma onlara “heyvan” demək də düz çıxmır. Çünki heç bir heyvanın ağlına belə iyrənclik gəlməz ki, hansısa yolla cinsi münasibətə cəlb etdiyi dişi fərdi telefona çəkib, sonra şantaj eləsin. Bunlar sadəcə, fərqli və əcaib məxluq növüdürlər. Kökləri kəsilməyə layiq olan ziyanlı məxluqlar!



Tarix: 20.06.2018

13564