Ac toyuq yuxuda darı görər


Görəsən, atalar ac toyuğun yuxusunu hardan biliblər?

Doğrudan da haqsızlığın son həddidi bu. Əcəba, ac canavar yuxusunda əmlik quzu görərkən, ac tülkü yuxusunda kök bir xoruz görərkən, ac pişik yuxusunda yağlı kotlet görərkən, nədən bizim bu toyuq  ac olanda yuxusuna buğda yox, elə həmişə darı girir? Belə bəxtə söyməyəsən, neyləyəsən? 



Tarix: 13.06.2018

2348