Sabahınız xeyir!


Namusunu və ləyaqətini başqasının tumanında gizlədənlər

Sabahınız xeyir! Ancaq xəbər resusları bu sözlərdən sonra heç də xeyirli xəbərlər söyləmirlər.  Səhər-səhər ekranlardan adamın üstünə qan sıçrayır. Namus üstə bacısını doğrayan kim, məhlə söhbətlərində bıçaqlaşan kim, arvadının başını kəsən kim, doğma anasını öldürən kim! Bu manyaklar öz cinayətlərini “namus üstə” etiketinə büküb yüngül təqdim etmək istəyirlər. Söhbət namusdan, ləyaqətdən gedirsə, hər bir adamın namus və ləyaqəti özündə, öz şəxsində olur. Oğlan, sənin namusun başqasının tumanının altında nə gəzir? Ana, bacı, qız, arvad heç bir oğulun, qardaşın, atanın, ərin inhisarına verilməyib. 



Tarix: 13.06.2018

2573