...Və bir vızıltı gəldi...


Hərb işindən və strateji mövqeləri ələ keçirməyin vacibliyindən anlayışı olanlar Naxçıvanda azad edilən torpaqların önəmini gözəl anlayırlar. Bunu dəyərləndirməyə ağlı və vicdanı çatmayanlar isə özlərini biabır etməklə məşğuldurlar.

AXCP sədri Əli Kərimov, həmçinin xaricdə anti-Azərbaycan kampaniyası aparanlardan biri Arf Məmmədov 11 min hektar ərazinin azad edilməsini “yalan” adlandırıblar. Azərbaycan əsgərinin uğurunu bu cür gözdən salmağa çalışmaq, sadəcə, vicdansızlıqdır. Hətta bir qarış torpağı geri qaytarmaq belə, böyük işdir, 11 min hektarı, üstəlik, strateji yüksəklikləri düşməndən almaq isə bütün hallarda böyük qəhrəmanlıqdır!

Maraqlıdır ki, Ermənistanın Xarici İşlər Nazirliyi də bir neçə gün öncə Azərbaycan Ordusunun 11 min hektar ərazini azad etməsi xəbərini yalanlamağa çalışmışdı. Bu tərəfdən də Əli Kərimli və Arif Məmmədov eyni şeyi yazırlar. Bilmirsən ki, Kərimliyə buna görə qəzəblənəsən, yoxsa əksinə, belə açıq oynadığına görə minnətdarlıq edəsən? Adam özü bütün kartlarını açıb, ortaya qoyub, hara bağlı olduğunu aşkar şəkildə göstərir...



Tarix: 11.06.2018

4681