Donuzun darıdan çıxarılması


Azərbaycanın xalqının donuzu darıdan necə çıxarmaq haqqında məşhur bir məsəli var. Ordumuzun keçirdiyi sonuncu əməlyyat göstərdi ki, artıq biz donuzu nəinki darıdan, hətta lazım olsa, Arpadan da çıxarmağa qadirik!

Şərur rayonunun 1992-ci ildə ermənilərin işğal etdikləri Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.

Əks-həmlə əməliyyatları ilə Günnütdən başqa, ətafdakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər də işğaldan azad edilib. Bura Xunut, Qızılqaya, Mehridağ dağları, Ağbulaq yüksəkliyi, həmçinin Dərələyəz mahalının Arpa kəndinə gedən yol da daxildir.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bunun 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir.

Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət imkanı verməsidir. 

Bu, Şanlı Aprel Döyüşlərindən sonra Ordumuzun ən mühüm əməliyyatı və böyük qələbəsidir. Belə qələbələrin sayının getdikcə artması göstərir ki, Azərbaycan Ordusu asanlıqla və qısa vaxtda bütün torpaqlarımızı geri qaytarmağa qadirdir.



Tarix: 09.06.2018

3104

Ən çox gülünənlər