Baxış bucağı


Pulun yoxsa öz xəstəliyinə ironiya ilə yanaş

Canısulu vaxtlarında adam dəliqanlılıq eləyir, hündürlükdən tullanır, kükrəmiş selləri keçir, gücü çatmayan adamla dalaşır, axmaq risklərə girir, araq içməkdən mərcə girir, tanımadığı adamın toyunda oynayır... Beləcə, gəncliyini axmaq şeylərə külləyib qurtarır. Bir də onda ayılır ki, bə, deməzsənmi, filan xəstəliyə mübtəla olub. Onnan sonra başlayır həyatın, bir dəfə verilən ömürün qədrini bilməyə. Sağalmaz bəladan kosmos hifz eləsin hamımızı, xəstəlik yaman pis şeydi. Pulsuz adamların xəstələnməsi də bir başqa faciədi. Ancaq imkansız adamlara bir məsləhətim var, öz xəstəliyinə ironiya ilə yanaşma da müalicənin bir növüdü. 



Tarix: 08.06.2018

2669

Ən çox gülünənlər