Obolonskilərin evində qrant davası


Məşhur klassik əsərin ilk cümləsi yadınızdadırmı: “Obolonskilərin evində hər şey bir-birinə qarışmışdı”. İndi Azərbaycandakı “5-ci kalon” Obolonskilərin evinin vəziyyətindədir. Onun iki cinahının arasında sözün həqiqi mənasında müharibə gedir. Cinahların birində Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, digərində isə Meydan TV-nin rəhbəri Emin Milli, Xədicə İsmayıl dayanıblar. Təbii ki, hər biri də öz başının dəstəsi ilə..

Hər şey ondan başladı ki, ABŞ Konqresinin Helsinki Komitəsindəki çıxışında Emin Milli öz adaşı Milli Şuranın keçirdiyi mitinqlədin effektsiz olduğunu dedi. Prinsipcə əlbəttə ki, düzdür, amma indiyə qədər Meydan TV həmin mitinqlərdən canlı yayımlar edir, 1500 nəfəri 50.000 nəfər kimi qələmə verir, insanları aksiyalara səsləyirdi axı... Bəs nə oldu, dəyişən nədir?

Dəyişən odur ki, daha iki Millinin başı bir qazanda qaynamır. Yəni Emin Milli istəyir ki, qrant qazanından daha Milli Şuraya pay ayrılmasın, hamısı ona verilsin. Buna görə də, Meydan TV-də Milli Şuraya və onun təmsil edən şəxslərə - Əli Kərimliyə, Cəmil Həsənliyə,- nəinki qadağa qoyulub, hətta onların əleyhinə açıq kampaniya aparılır. Yəni xaricdəki qrantyeyənlər daxildəki qrantyeyənləri vurmağa başlayıblar. 



Tarix: 18.05.2018

2051

Ən çox gülünənlər