Samuraydan daha şərəfli eloğlu


Qədim yaponlarda itaətkar döyüşçü hesab olunan samurayın qüruru təhqir olunduqda o özünü öldürməli idi. Bu o zamanların adəti idi.

İndiki zamanın da öz adətləri var; məsələn, kütləvi davranış zamanı növbə gözləmək, tələsənə yol vermək və s.

Qədim samuray təhqir olunandan sonra özünü öldürmədikdə şərəfini necə itirirdisə, indiki zamanda da növbəsini gözləyə bilməyən adamlara ətrafdakılar o cür yanaşırlar.

Amma samuraylardan fərqli olaraq, çox adam indiki zamanda özünü daha üstün şərəfə layiq hesab etdiyi üçün növbəni pozur.



Tarix: 16.05.2018

2972