Dodaq dilə naz eyləyir !


İnsan hansı dildə düşünürsə, onun ana dili odur. Amma elələri də var ki, çörəkləri hansı dildən çıxırsa, o dili ana dili hesab edirlər.

 Dili yaşayan millətin torpağını, sərvətini müvəqqəti əlindən almaq olar, amma onun azadlığını heç vaxt əlindən almaq olmaz!

Dil bir millətin tarixi kimliyidir, mənəvi-mədəni azadlığıdır!

Amma tarix boyu atasının vəzifəsinə görə, dəb xətrinə, qazanc naminə küçədə, evdə ərəbcə, farca, rusca danışan azərbaycanlı ailələr, insanlar çox olub. Onların yolunu bu gün də davam etdirənlər var. Yeri gəldi-gəlmədi başqa dildə danışmaqla, yazmaqla özünü ana dilinin, anasının, vətəninin üstündə bir pillə ucaltmaq istəyən kölə təfəkkürlü DİLənçilərimiz...  

 



Tarix: 11.05.2018

3099