İlk insanın paranoyaklığı


Xeyri yoxdu, elektronika əsri ilə ayaqlaşmasan o səni dəli eləyəcək.

Elektron inqilabı alovlanıb inkişaf elədikcə  insanların virtual tanışlıq meydanı genişlənir. Ailədə ərlə arvadın qısqanclıq və biri-birini izləmə metodları da öz klassik formasından çıxaraq komik, bəzən də faciəvi hallara düşür. Hamı biri-birindən şübhələnir, parol tələb edir, kod istəyir, haker tutur. Nə başınızı ağrıdım, gizlin yazışmalar, şübhəli zənglər hamının başını xarab eləyib. Telefonda arvadından gizlətdiyi qadının adını kişi adı kimi yazana bax, ərindən gizlətdiyi kişiləri arvad adı altında qeyd edənə bax! Ancaq elektron cihazları aldatmaq mümkün deyil, ehtiyatsızlıq eləyib nəyisə gizlətməyi, silib-süpürməyi unutdunsa, batdın! Saxta birgəyaşayışın sonu onda gəlir.  

 



Tarix: 10.05.2018

3662