Otbiçənlər


Xurafat kütlə şüurundakı inanc formasıdır ki, bu da şəxsi və ailə mənafelərində günah qorxusunun təsiri ilə yaranır.

İnsanlar məişət əməllərinə görə də bilmək istəyirlər ki, onları hansı cəza və mükafatlar gözləyir. Məsələn, belə bir inanc var ki, yumurta sındırarkən, mutləq qabığı əzilib tullamalısan. Çünki şeytan ölüm anında, həmin insanın sındırdığı yumurta qabığında o insana su getırəcək və deyəcək ki, sən mənə imanını ver, mən də sənə su. Guya, ölüm anında insan elə susayır ki, nə qabığında desən su içər. Bir də, deyırlər ki, həmin yumurta qabığında şeytanın gətirdiyi su deyil, tüpürcəyidir.

 

Yaxud başqa bir məişət inancına görə, insan cənnətə girirkən mütləq ərəbcə danışmalıdır, yoxsa onu cənnətə buraxmayacaqlar.

Kütlə bu cür anlaşılmaz minlərlə suallara cavab axtarır və təəccüblüsü odur ki, hamısına da dində cavab tapır.



Tarix: 25.04.2018

5376