Olum,ya ölüm


Baxmayaraq ki, pulu icad edən midiyalı özü acından ölüb, pul bu gün insanları yaşadan, ölməyə qoymayan yeganə vasitədir.

Müasir insan pulun hesabına dünyaya gəlir, yəni pulun olmasa, quru sevgi ilə dünyaya uşaq gətirməyə cəsarət edə bilməzsən. Təkcə doğum evinin xərclərini təsəvvür edəndə adam impotent olmaq istəyir. Müasir insan dünyadan köçəndə də pulun hesabına köçür, pulu olmayan ölməyə də qorxur. Çünki bunun yas xərci var, qəbir yeri alma xərci var. Ölmək üçün də pul qazanmalısan. Bir sözlə, pul bu gün Şekspirin məşhur "Olum, ya Ölüm" sualının yeganə cavabıdır. Baxmayaraq ki, onu kəşf edən midiyalı acından ölmüşdü.



Tarix: 12.03.2018

2627