Adrenalin


Pazı pazla, depressiyanı daha kəskin depressiya ilə çıxararlar

Həyatını hadisələrlə zənginləşdirmək, boşluqları doldurmaq, müxtəlif macəralarla burun-buruna dayanmaq istəyənlərin nəzərinə: banklardan kredit götürün! Ondan sonra, görün, fikirdən gözünüzə yuxu gedəcəkmi! Hər gün telefonunuza həyəcanlı zənglər gələcək, zamin duran qohumlarınız, tanışlarınız evinizə hücum edəcək. Dincliyiniz göyə çəkiləcək, oturacağınız bir yerdə qərar tuta bilməyəcək. Hər yerdə kirpi üstündə oturacaqsınız.  Kredit alın, adrenalin qazanın!



Tarix: 09.03.2018

3859