Avara sözlər


Dilçilik İnstitutu dilimizdə məskunlaşmış avara sözləri sınırdışı elədi.

 

 


Bildiyiniz kimi, AMEA-nın Dilçilik İnstitutu yenidən elə bir Orfoqrafiya lüğəti hazırlayıb ki, orada on min sözümüz ixtisara düşəsi olub. Çox gözəl ideyadı. Doğma dilimizi avara sözlərdən təmizləyiblər ki, adamlar orda-burda ağızlarını avara qoyub danışmasınlar. Aldığımız son məlumata görə artıq çayxanalarda, toyxanalarda, ailələrdə uzun sürən sükutlar əmələ gəlib. Hər yanda sakitçilikdi. 



Tarix: 19.01.2018

3031