Qırmızıpapaq


Narahat olma, seriallara baxmaqdan nənənin canı elə bərkiyib, artıq ona qurd dişi də batmaz.

 

 

Bu dəfə növbədə müasir Qırmızıpapaq və onun nənəsidi. Qırmızıpapaq uzun meşə yolunu keçərkən canavara rast gəlmiş, onu bu dəfə aldada bilmiş və qarışıq cığırlarda azmadan gəlib nənəsinin daxmasına yetişmişdi. Bəs, nənə daxmada nəylə məşğuldu? Əlbəttə, müasir nənələr evdə teleseriallara baxıb gözlərinin qurdunu öldürməklə vaxt keçirirlər. Bizim nənə də heç kimin kor qızından əskik deyil. 



Tarix: 09.01.2018

2336