Musurmana nə bayram?


Peyqumbərin, imamın ölümü günü bu nə bayramdı masonlar qurub?

 

 

Musurmana nə bayram? Müsibətdən, qan tökməkdən, baş kəsməkdən danış, deyim “hə!”. Guya uşaqlara hədiyyə paylayacaqlar, müftə hədiyyə harda görünüb? Allah bilir, masonlar o torbanın içinə nələr dürtüb! Adını da bilmirəm, Santa Klaussan, Şaxta Babasan nəsən, yüngülsaqqallıq eləmə, get öz işinlə məşğul ol! Bizdə yasdı bu dəyqənə, peyqumbərimiz ölüb, imamımızın başını kəsiblər, sən də başlamısan ki, uşaqları sevindirəcəm. Belə bir gündə hansı musurman uşağı sevinər, hay?!. 



Tarix: 11.12.2017

4320