Mitinqə getmək səbəbi


Milli Şuranın mitinqinə heç kim elan olunan məqsədlərə görə gəlmir. Çünki hərənin öz fərqli məqsədi var.

Konkret budəfəki mitinqi götürsək, dindar kütləni cəlb etmək üçün Əli Kərimli mitinqi məhz Məhərrəmliyə təyin edib və çağırışlarında dindarlara yönəlik məqamları xüsusi qabardıb.

Sayı onsuz da az olan ənənəvi mitinq kütləsinin isə elə ənənəvi də məqsədləri var: Özünün müxalifətçi olduğunu xarici səfirliklərə sübut etmək üçün aksiyalarda bir-iki şəkil çəkdirib, sonra aradan çıxmaq. 

Mitinq təşkil edənlərin məqsədi isə ümumiyyətlə, heç vaxt dəyişmir: Qrant.

Nə deyək, hamıya bazar olsun!



Tarix: 07.10.2017

2596