NASA gopu


Həmyerlilərimiz təkcə iri maşın almaqla kifayətlənmir, gopun da ən irisinə girişirlər: NASA!

 

Bizimkilər gopdan yavanlıq düzəltməsələr yaşaya bilmirlər. Bu yaxınlarda bir həmyerlimiz gənc xanım öz FB səhifəsində NASA əməliyatlarında iştirak etməsindən, qurumun mötəbər tədbirlərində nitq söyləməsindən danışmışdı. Başqa bir jurnalist xanım isə, eləmə tənbəllik, “nasalı xanım”ın yalanını açıb pambığı ortaya tökmüşdü. İnsafla deməliyik ki, həmin xanım kimdisə, öz gələcək karyerası üçün gop janrından çox ustalıqla istifadə eləmişdi. Artıq bu “nasalı xanım”ın yüzlərlə heyranları var.    



Tarix: 11.09.2017

4059