Otarma elmi


Üstəlik özlərinə tapmaca da qoşublar: Altı bulaq - içərik, üstü zəmi - biçərik.

 

Qoyun otarmaq elmi də pillələrə bölünürmüş. Demək, ol yunlu yoldaşların əvvəlcə başlarını musuiqi ilə qatırsan, yəni manıslıqla. Sonra cənnət kimi yaşıl çəmənliklər, sərin sulu bulaqlar vəd edib südünü sağır, yununu qırxırsan, bu da  mollalıqdı. Ondan sonra, canavar qorxusu altında hamısını başına toplayırsan, bu da olur siyasi gediş. Çox tanış gəldi, nəsə: manıs, molla, siyasət. Elə bizim özümüz də bu mərhələləri adlayırıq. Musiqi-manısla başımızı qatıb molla avazı altında basdırırlar bizi. 



Tarix: 11.08.2017

4387