İnəklər İmişlidə də süd verir!


İmişli rayonunda törədilmiş inək əhvalatının videosu çox sarsıdıcı idi.

Kənd yerində bir inəyin buynuzundan kəndirlə ekskavatorun çanağına bağlayıb çirkli kanalda sağa-sola yelləyərək boğurdular. Ekskavatorun çanağına bağlanmış kəndirdə yellənən köməksiz heyvanın faciəli halına tamaşa edən adamların gülüş səsləri də eşidilirdi. Yaxşı, bir nadan harda olsa tapılır, bəs, o miskin mənzərəyə gülüşən kənd adamlarına nə ad vermək olar? Kənd adamları inəyə verilən işgəncədən necə ləzzət ala biliblər? Çox qorxulu adamlar arasında yaşayırıq. Bilirsinizmi, inəkləri müqəddəs sayan hindistanlılar bu inancı necə izah edirlər? Söyləyirlər ki, inəklər həm bizə, həm də övladlarımıza süd verir, onların hər birini özümüzə ana bilirik. İnsan öz anasını necə kəsib yeyə bilər?  



Tarix: 10.08.2017

22679