Əhməd burdadı


Həmişə rus millətindən geri qaldığımızı düşünür, belə şeyləri ürəyimə salıb pis olurdum. Gündüzlər skamyalarda yaşayan, dəmləşərək buzlu səkidə uzanıb uyuyan, soyuq qış gecələrində vağzallarda milisin-polisin gözündən yayınıb bir küncdə mürgüləyən bomjları görəndə düşünürdüm, görəsən, bizim də öz milli bomjlarımız əmələ gələcəkmi?


Bəs, biz haçan evsiz-eşiksiz adamlar yetişdirəcəyik? Artıq sizə müjdələrimiz var! Şəhərlərimizdə, rayonlarımızda, kəndlərimizdə gözlərinin altı qaralmış, bədənini yara-xora basmış, kir-pasaqlı paltarda gəzən bomjlarımız yetişməkdədi. Qəti darıxmayın, biz evdəki kitabları zibilliyə atdıqca onların da sayı artacaq.

 

 



Tarix: 10.08.2017

3905