Müalicədən titrəmə


Xəstə müalicəyə müsbət reaksiya verdisə bu, yaxşılığa doğrudu, demək, həkim xəstənin yiyəsindən, alnı açıq, üzü ağ, əlavə pul da ala bilər. Müsbət reaksiya nədi? Yəni, iynə vurulan vaxt xəstə dik atılıb nə qədər ucadan bağırırsa, onun dirilmə etimalı o qədər yüksək olur.

 

Yoxsa, bəzi xəstələr var həkim nə qədər sistem qoşur, medsestra nə qədər iynələyirsə xeyri olmur. Elə yerindəcə qımıldamadan uzanıb “olürəm-ölürəm!” oxuyur. Özü də Qarabağ, Şirvan tərəfdən olan xəstələr “ölürəm-ölürəm!”i muğam üstə,  zəngulələrlə oxuyur, ancaq Tovuz-Qazax, Borçalı zonasının xəstəsi bu fikrini saz havaları üstə bildirir.  



Tarix: 10.08.2017

4925