Yay-ox bizdə tuş atmır


Cəmiyətimizdə bu qədər çaş-baş, köndələn, yanlış, biri-birini anlamayan cütlüklər mövcuddu. Deyirəm, nədənsə, bizim tərəflərdə sevgi mələyinin yay-oxu tuş atmır, yaxşı işləmir, yəni. Özü də əsrlərdi buralarda Amur öz oxunu istədiyi adamlara sanca bilmir.

Beləcə, durduğumuz yerdə sevgisizlikdən əziyət çəkirik. Həyatımızın baş qəhrəmanı da sevdiyi qıza qovuşmadığına görə dəli olan birisidi – Məcnun. Nədənsə, burda hamı nakam olmağı sevir və nakam olmağı ilə fəxr eləyir. Başı çalmalı şairlərimiz ta qədimdən  sevgi oxunun daşa dəyməsi haqda sevinə-sevinə cild-cild divan bağlayıb, qafiyə xərcləyib, beyt cütləyib. Üzülür ürəgim ee! 



Tarix: 10.08.2017

4090