Stəkansız


Sükan arxasında araq içir, bu qıvlasız, özü də stəkansız. Buna ikiqat cərimə düşür. Stəkanı olsaydı heç olmasa, bir dəfə süzmək üçün, bir dəfə içmək üçün dayandırardı maşını, maşın da çox sürət götürməz, qəzalardan uzaq olardı.

Yoxsa maşın sürə-sürə sən arağı başına çək, özü də and içginən ki stəkanım yoxdu. Birincisi, usta sürücü stəkansız yola çıxmaz, ikincisi, bəlkə səninlə vurmaq istəyən var, stəkansız neyləyəcəksən? Elə polisin özü səninlə “yüz” vurası olsa nağayracaqsan? Dəyənəyin ucuna süzəcəksən?  



Tarix: 09.08.2017

5286