Bahalı öpüş


İşləməyən, evdə evdar qadın statusunda oturub seriallara baxmaqla gün keçirdən qadınlar, bir qayda olaraq, ərinin pul kisəsindən asılı olurlar. Düzdü, onların arasında hər ay kişinin maaşını stolun üstünə saydıran hökümlüləri də olur.

Ancaq belələri çox azdı. Bundan ötrü həmin qadın gərək möhkəm dır-dır ola ki, kişi öz əsəblərini qorumaq üçün pullarını ona təhvil verə. Kişinin ciblərini boşaltmağın başqa yolları da var. Məsələn, bəzi qadınlar şirin dilini işə salaraq kişisindən istədiyi pulu çəkə bilirlər. Ancaq, təcrübədə uşaqları qabağa verib goplayaraq onların problemlərini sadalamaq, alınacaq əşyaların siyahısını tərtib etmək kimi metodlar da mövcuddu.     



Tarix: 09.08.2017

6836