Arzulardan sonra xatirələr


Adam ahıl vaxtları ilə müqayisədə, cavanlığında daha çox xəyalpərəst olur, gözlərini yumub arzuların qucağında yaşayır, fantaziyalarında üzür. Arzularının, istəklərin arxasınca qaçır, qaçır, qaçır.

 

 

Gözləri göylərə, ulduzlara, Aya baxa-baxa qaçır. Ayağı dolaşıb yıxılan vaxtları da, arzuladığı ulduzu dərdiyi vaxtları da olur. Bir arzusunu reallaşdırınca başqa birini düşünür. Beləcə, ruhdan düşənə, qocalana qədər, balaca uşaqlar çəlpənək arxasınca qaçan kimi, arzuların arxasınca uçur. Sonra da xatirələr başlayır... 



Tarix: 09.08.2017

3560