Ağca qanad kişi


Dız-dız olsun, vız-vız olsun, nə olur olsun, təki ər olsun. Təki yanımda bir kişi qaraltısı olsun. Döysün, söysün, təki ərim olsun, təki ərdə olum, yoxsa el-oba adama nə deyər? Axşamlar iylənmiş ayaqlarını yudurtsun, səhər tezdən söyüb evdən çıxsın, təki ərim olsun.

Nə danışırsan? Ərsiz qadın heç nədi! Ərə getməyən gora gedər, belə qafiyəli atalar sözümüz də var. Ər qadının yaraşığıdı. Qadın evin süpürgəsidi, kişi onu hansı küncə qoydu orda da dayanmalıdı. Ər evi – gor evi kimi şaqraq söhbətimiz də var. Yəni, ərə getdinsə, ta, ordan geri qayıtdı yoxdu. 



Tarix: 08.08.2017

5930