Dua ilə helikopter çağıran


Həmişə belə olub, biri elmlə qurub yaradır, o biri isə əlini göyün boşluğuna açıb dua eləyir. Dindarlar elmlə yaradanın yaratdığına daim şərik çıxıblar. Deyirlər ki, sən nə danışırsan, biz əlimizi göyə tutub dua eləməsəydik nəyisə icad eləməyi allah sənin ağlına salmazdı, əsas səbəbkar bizik.

 

Bu şəkildə də eynən belədi. Robinzonların biri boş-boşuna dua eləyib yatmağında olanda o birisi ağacla qazaraq adada SOS işarəsi yazır. Və həmin işarəyə görə xilas olurlar. Di gəl, dindar tayı yenə dilini dinc qoymur. 



Tarix: 07.08.2017

7572