Qorxulu dəvət


Hamımız bilirik ki düz eləmirik, ancaq hansısa qüvvə bizi yolumuzdan dönməyə qoymur

 

 


Hamı deyir, hamı da boynuna alır ki, səhv eləyirik, ancaq öz dəliliyimizdən əl çəkmiririk. Toylarımız belədi, demək, səni arzulamadığın bir restorana dəvət eləyirlər. Orda ürəyin istəmədiyi yeməkləri tökürlər qabağına, eşitmək istəmədiyin düşük bir səs tamadalıq eləyir. Dinləmək istəmədiyin musiqi guruldayır qulağının dibində. Tanımadığın adamlarla bir stolda oturursan. Axırda da bütün bunların bədəlini pulla ödəyirsən. Toy deyil ee, bu, biyardı, biyar!



Tarix: 17.07.2017

8155