Axsaq qril
Tarix: 04.07.2017
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
Kişi gəlib restorana yeyib-içməyə, qoyublar qabağına birayaqlı toyuğu. Bu yerdə ağlına əlli iki fikir gəlib, görəsən, toyuğun ayağı niyə bir dənədi? Olmaya, bu da yeni növ toyuqdu? Bəlkə xoruz imiş, toyuqlar uğrunda dueldə itirib ayağını? Yoxsa qarson yeməyi çatdırana qədər ayağın birini yolda yeyib? Haqq-ədaləti bərpa eləmək üçün müdiri çağırtdırıb. Müdir də kişinin soruşmaq hüququnu tanımayıb. Məsələ Avropa Məhkəməsinə qədər uzanar, yəqin.
Tarix: 04.07.2017
72813
Ən çox gülünənlər