Tüstüdən yapışanlar


Siqaret çəkdiyinə görə fors eləyənlər də var haa, saa deyim!

Adətən, siqaretə özümüzü böyüklərə bənzətmək üçün başlayırıq və beləcə, aludəçisi oluruq. Hər bir kişinin, lap elə qadının da nikotin dadmaq haqqı var, ancaq bunun zərərli olmasını anladıqdan sonra bəzən iradə göstərib yaxamızı ondan qurtara bilmirik. Çəkənlər üçün deyirəm, indiki siqaretlərin tərkibində təbii tütün 20 faizdən çox olmur. Siqaretlər əsasən kimyəvi üsulla alınan nikotinə batırılmış kağız-karton doğrantısından hazırlanır. Bundan sonrasını özünüz düşünün.



Tarix: 19.06.2017

5657