Bir baqaj pul

Tarix: 10.06.2017
5947

Pul arzuların, fantaziyaların qanadıdı
Adamın belə bir dədəsi ola! “Dədə, biraz pul lazımdı!” “Bala, get, “Bentli”nin baqajına yığ apar, uşaqlarına korluq vermə!” Sən də baqajı pulla doldurub gedəsən evinə. Ev nədi? Villana! Sonra da ailənlə gəmi səyahətinə çıxasan! Yox ee, nə ailə? Arvad-uşaq qalır burda, sən gözəl xanımlarla vəhşi adalara səyahətə çıxacaqsan. Evdə də deyəcəksən ki, işdən göndərirlər, gizli tapşırıqdı, siz mənimlə gedə bilməzsiniz. Dayan, əə! Belə axmaq şeylər arzuladığına görə vermir dəə, kosmos sənə! Ona görə, otur, kasıbçılığınla ol! Öl!
Tarix: 10.06.2017
