Blondinka olmaq arzusu


Gözəllik salonlarındakı kimyagərlər

Qeybət çıxmasın, bu qadınlar dəhşətdee. Ən azı hər ay gözəllik salonuna saç rənglətməyə gedirlər. Saçın rəngini dəyişmək üçün qabaqca əvvəlki rəngini “delete” elətdirməlisən. Bundan ötəri saçını kimyəvi məhlulla tam yuyurlar. Saçın rəngi meyit rəngini alır. Həmin kimyəvi məhlul saçı rezin kimi eləyir, leska halına salır. Tükü dartsan uzanır, yəni.  Saçını bu hala saldıqdan sonra arzuladığın rəngi yaxırlar başına. Dərinə, bütün orqanizminə nə qədər zəhər çökür. Blondinka olmaq bizim xanımlara baha başa gəlir. Nə isə, özləri bilər.   



Tarix: 10.06.2017

7602