Yarpaq seçimi


Palıd kök göstərir, iydə çantama düşmür, çinar köhnəlib, armud bezdirib, ərik uzundu

Həyat yoldaşının xahişi ilə gəzintiyə çıxmaq istəyirsən. Şalvar-köynək - sən artıq, hazırsan. Xanımın isə hələ də hazırlaşmağındadı. Gözləməkdən bezirsən, vaxt öldürmək üçün keçib üzünü qırxırsan. Yoldaşın hələ də hazır deyil. Fikirləşirsən, başqa neyləmək olar? Televizoru açmaq? Əşi, rədd olsun ee!  Bəs, neynəyim? Notbuku da söndürmüşəm, bəlkə internetə bir göz atım? Əzzim, sən orda hazırsan? Səs gəlmir. Məcbur qayıdıb interneti açırsan. Biraz qurdalanıb yenə yoldaşın tərəfə səslənirsən. Hazır deyil. Bəlkə bir duş qəbul eləyim? Beləcə axşam olur, gecə qarışır, Həvva hələ də bəzənmək, özünə yarpaq seçməklə məşğuldu. Palıd yarpağı kök göstərir, iydə çantama düşmür, çinar köhnəlib, armud uje bezdirib...



Tarix: 10.06.2017

12495