Özünəironiya gözəldi

Tarix: 09.06.2017
6448

Şalvarının qabağı açıq qalanlardan muğayət olun
Doğrudan da hər yaşın öz gözəlliyi var. Hamımız körpə olmuşuq, iməkləmişik, qışqıra-qışqıra diş çıxarmışıq, yıxıla-dura yerimişik, uşaqlıq illərini, gənclik illərini yaşamışıq. Sonra adamın başının üstünü qayğılar alır. Təzədən sən də dünyaya uşaq gətirirsən. O körpə də eləcə, böyüyür, iməkləyir yeriyir. Ömrün bu məqamlarının hamısı maraqlıdı, gözəldi. Hər bir insan unikaldı. Heç kim heç kimin həyatını təkrarlamır. Dünyaya gələn insanların sayı qədər həyat süjeti var. Ölməsək biz də qocalacağıq. Ancaq qocalığı ah-vayla qarşılamağın tərəfdarı deyiləm.
Tarix: 09.06.2017
