Antikvar nənələr


Bir misra: Ayağa durmayanı çəliyinlə vur, nənə!

Nənələrə dəyməyin, avtobusda-metroda görəndə yer verin onlara. Son vaxtlar nənələr yaman azalıb. İndiki zamanın adamları qocalmağa macal tapmamış xərçəngə tutulub tezcə gedirlər. Ayağını dirəyib yaşayanların əksəriyəti sovetdənqalmalardı. Uşaqlıqları, gənclikləri ekologiyanın, qidanın normal olan vaxtlarına düşüb deynə, canları suludu. İndiki fasfud nəslinin qocalıb normal nənə-baba olacaqlarına çox da ümidli deyiləm.    



Tarix: 08.06.2017

7400