PABLO NERUDA – MÜƏMMALI İYNƏ


 

PABLO NERUDA – MÜƏMMALI İYNƏ

“Çilini qan içində görsəm, yaşaya bilmərəm”. Bu cümlə şairin son sözü əvəzi olur. 12 gündən sonra o, gözlərini əbədi yumur. Onun ölümü haqqında müxtəlif versiyalar səsləndiriləsə də rəsmi olaraq xərçəng xəstələyindən dünyasını dəyişdiyi deyilir. Söhbət çilili yazıçı və şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudadan gedir. Son zamanlar onun ölümü haqqında yenidən cinayət işi qaldırılıb. Xüsusəndə ona xəstəxanada iynə vuran həkimlə bağlı.

Qeyd edək ki, yazıçının öldüyü xəstəxanada hakimiyyəti hərbi çevrilişlə ələ keçirən Auqusto Pinoçeteyə qarşı qərəzli çıxışları ilə yadda qalan Çilinin prezidenti olmuş Eduardo Frey Montalavda vəfat edib. 1982-ci ildə dünyasını dəyişən prezidentin ölüm səbəbi əməliyyatdan sonra keçirdiyi şok göstərilib. Lakin bir neçə il sonra aparılan təhqiqatlar göstərib ki, prezident müəyyən müddət ərzində təsir göstərən zəhərdən qətlə yetirilib.  

Hakim Mario Karroza işin yenidən açılmasından istifadə edərək prokurorluğun iddiasına əsasən Nerudanı zəhərləyə biləcək həkimin yenidən dindirilməsini tələb edir.Həkim Serxio Draper öz ifadəsində yazıçının öldüyü zaman onun yanında olduğunu bildirsə də sonradan dediklərindən imtina etmişdi. Hazırda Draper iddia edir ki, Nerudanın ölümü zamanı onun yanında digər - Prays adlı həkim olub. Bununla belə həkim deyib ki, kolleqasını ilk və son dəfə yazıçının ölümü günü görüb. Xəstəxanın arxivində isə bu adlı həkimin olmadığı qeyd edilib.Prokurorluq iddia edir ki, məhz bu həkimin vurduğu iynədən sonra yazıçı vəfat edib. Draperin ifadəsi əsasında çəkilən fotorobota əsasən həmin həkim uzunboy, göygöz olub. Bu isə birbaşa Maykl Taunlinin simasına bənzəyir. Maykl isə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub. Çilidə baş verən hərbi çevrilişlə bağlı dindirilən agent Pinoçetanın əmri ilə bir çox siyasi və ədəbi şəxslərin öldürdüyünü etiraf edib.

Hətta bu kimi infazlar Vaşinqton və Buenos-Ayresdə törədilib. Alyende hakimiyyətinin son müdafiə naziri Orlanda Letelier da böyük ehtimalla onun əmriylə 1976-cı ildə Vaşinqtonda qətlə yetirilib. Hazırda isə bu agenti məsuliyyətə cəlb etmək mümkün deyil. Çünki ifadəsindən sonra həbs həyatı yaşayır və şahidlərin müdafiəsi proqramı çərçivəsində adını, soyadını dəyişərək Amerikada yaşayır.

Cansız bədəni qoruyan bivec əsgərlər

Politqramota aksiomasında deyilir: “Harada ki, çox yoxsul var, orada həmişə solçuluq populyardır”. Misal olaraq Rusiya 1917 və Çin 1949-cu illər.Son onilliklərdə ümumdünya tarixi göstərdi ki, bu ehtimaldan, fərziyyədən daha çox aksiomdur. İslam dünyasında yoxsul çoxdur, bəzi yerlərdə onlar tamamilə üstünlük təşkil edir, amma islam aləmində solçuların populyarlığından danışmaq absurddur. Daha çox yoxsul, qeyri-islam sahələrdə isə solçubarədə ümumiyyətlə bilmirlər.Latın Amerikasında vəziyyət xüsusidir. Latın Amerikası - “Protestant Qərbin katolik Şərqidir”.1960-1970-ci illərdə qitə ziddiyyətlər ayrıcında idi və yoxsulluğun, aqrar və sənayenin zəif inkişafı ilə seçilirdi.Əvəzində vahid siyasi sistemin mövcud olmaması, qeyri-sabitlik və problemlərin həlli üçün həvəslə hərbi çevriliş yolu diqqət mərkəzində olurdu.

Çilidə də mövcud vəziyyət yarandı. Xüsusəndə ABŞ-ın Latın Amerikasında kommunizimin yayılmasının qarşısını almaq istəyi qanlı döyüşlərin yaranmasına gətirib çıxardı. Nəticədə bir çox siyasi fəallar və yazıçılar həyatından oldu. Neruda da bu siyahıya daxil oldu.

İspaniyada vətəndaş müharibəsi illərində hökumətinin rəyini nəzərə almadan respublikaçıları müdafiə etdiyinə görə onu geriyə çağırırlar. Senator Neruda 1948-ci ildə Senatda çıxışında Çili prezidenti Qabriel Videlanı “ABŞ-ın marioneti” adlandırdığına görə toxunulmazlığı ləğv edilir, qeyri-leqal fəaliyyətə keçir və Argentinaya qaçır.Üç illik mühacirət dövründə Asiya və Avropanın bir sıra ölkələrinə səfər edir. Geniş ictimai-siyasi fəaliyyətinə görə şair 1950-ci ildə Beynəlхalq Sülh mükafatına, 1953-cü ildə isə Хalqlar arasında Sülhün möhkəmləndirilməsinə görə Beynəlхalq Lenin mükafatına layiq görülür. 50-ci illərdə ölkəsində qəbul olunan liberal qanunlar Pablo Nerudaya vətənə qayıtmaq imkanı vermişdi. Daha sonra vətəninə dönən yazıçı  1969-cu ildə Çili Kommunist Partiyası onu prezidentliyə namizəd irəli sürür, o isə namizədliyini sosialist Salvador Alyendenin xeyrinə geri götürür. Lakin Pinoçete onların istəklərini ürəyində qoyur.

Bütün hallarda hərbi iqtidar onun cəsədindəndə qorxurdu. 1973-cü il sentyabrın sonunda sovet televiziyası ilə Çilidən kadrlar göstərirdilər. Həyacanlı, gözü yaşlı adamlar sıxılan yumruqları ilə nizamsız cərgəylə gedirdilər. “Beynəlmiləl” və “Venceremos” oxuyurdular, “Viva Neruda”! qışqırırdılar. Yürüşün önündə üzərində gül-çiçəklə örtülmüş qapalı tabut olan avtomobil yavaş-yavaş irəliləyirdi. Yanlardan isə darıxan görkəmlə, ağızlarında saqqız çeynəyərək avtomatlı əsgərlər gedirdilər. Yürüşü bir az aralıda bir neçə ağır texnika müşayət edirdi. Hər kəs sentyabrın 23-də Santyaqoda vəfat etmiş Pablo Nerudanı dəfn edirdi.

Bu dəfn mərasimi çox qəribə göründü. Şayiə yayıldı ki, Neruda Parisdə ölüb, dəfn mərasimi isə təbliğatçılıq məqsədləri ilə Latın Amerikası ölkəsində səhnələşdirilib. Çünki, hərbi çevrilişlə hakimiyyəti ələ alanların keçmiş iqtidarçıları necə qəddarlıqla qətlə yetirdiyi bütün dünyaya məlumdur. Özüdə həmin şəxs kommunist olur və ölkədən çıxandan sonra hazırki iqtidara qarşı siyasi fəaliyyətini davam etdirəcəyini bəyan etsədə. Eyni zamanda tabutun bağlı olması da sual doğuran məsələlərdən biri olur. Lakin bu sauala cavab olaraq: “Xristian dəfn ənənəsinə əsasən tabut kilsədən dəfn yerinə qapalı gətirilir, yalnız son vida üçün açılır”. Digər tərəfdən hesab olunur ki, onun dəfn mərasiminin təşkil edilməsi hərbi xuntanın sırf humanizm prinsipindən çıxış etməsini göstərmək üçün atılmış addımdır.

Mühafizəçinin qulaqardına vurulan ifadəsi

Yazıçının vaxtilə sürücüsü və cangüdəni olan Manuel Arayya bildirib ki, Neruda zəhərlənərək öldürülüb. O, hesab edir ki, xərçəngədən əziyyət çəkən yazıçının bədəninə zəhərli iynə müalicə dövründə həkimlər tərəfindən vurulub. Mühafizəçi yazıçının ölümündən bir günü yaxşı xatırlayır: “Ölümündən bir gün əvvəl yazıçının əhvalı yerində idi. Hətta Meksikaya getmək üçün bütün hazırlıq işlərini görmüşdü. Meksikanın səfiri Qonzalo Martines Korabla bunun üçün bütün lazımı sənədləşmə işlərini şəxsən özü həll etmişdi. Siz səfirin müsahibəsinə diqqət yetirsəniz o da təsdiq edir ki, 69 yaşlı Neruda özünü 22 sentyabr tarixində özünü çox gözəl hiss edirdi.   Lakin bir gün sonra o qəflətən dünyasını dəyişdi”

 

Bu ölümdən bir neçə saat öncə Arayya Nerudanı müalicə aldğı xəstəxanaya aparıb. Həmişəki kimi palataya yatılaraq xəstəxanadan uzaqlaşıb. Bir müddət sonra mühafizəçiyə zəng edən Neruda özünü piss hiss etdiyini və onun arxasınca gəlməsini xahiş edib. Yazıçı telefonda yalnız: “Palatada uzandığı zaman  otağa həkim daxil oldu və mənə iynə vurdu. Özümü çox pis hiss edirəm. Təcili gəl. Düşünürəm ki, 22 sentyabr tarixində onu xəstəxanaya aparmasaydım onu öldürə bilməyəcəkdilər” - deyə mühaifəçi Meksika jurnalına açıqlamasında bildirib. Bundan başqa Nerudanın zəhərləndiyini bilən mühafizəçi dərhal zərdab axtarmağa başlayır. Lakin polis onun yolunu kəsir və həbs etmək istəyir. O, gizlənməyə çalışsa da ayağından güllə yarası alır və axırda xuntanın əleyhdarlarının saxlanıldığı məşhur stadion Santyaqoya aparılır.

Hazırladı :Günəş Fərhadlı



Tarix: 17.05.2017

3299