Rədd ol get


Bu dövrüdə kim eylər pulsuz kişiyə hörmət, aç qapını və rədd ol get

Yalvarma mənə boş-boş ay zatına min lənət, aç qapını və rədd ol get.

***

Dinlər belə dinsizdir, çılpaqlar üçün ancaq bir dondu müsəlmanlıq.

Guya ki xəbərsizsən, guya hələ bilmirsən, sarmış əli nadanlıq.

Hər dəfə də söylərsən, "insanlığa qiymət ver", qalmışmıdır insanlıq?

Çox gülməli insansan, qiymətsizə nə qiymət, aç qapını və rədd ol get.

***

Handan-hana güc tapdın, çıxdın basabaslardan, metroyla nətər gəldin?

Şirkətdə də iş yoxdur, getdinsə əcəb getdin, gəldinsə hədər gəldin.

Sən zəhmətə aşiqsən, iş tapmaq üçün birbaş şirkətmə qədər gəldin

Zəhmətsevər insansan, dur ver özünə zəhmət, aç qapını və rədd ol get.

***

Bilmirsən əzizim sən, əllər nə təmənnadə, gözlər nə təmənnadə?...

Bir işsizi sanma ki, indi bu vəziyyətdə bir iş salacaq yada.

Şərtdir işə girməkçün rüşvət verəsən mütləq, qanundu bu dünyada.

Sən də işə girməkçün vermirsən əgər rüşvət, aç qapını və rədd ol get.

***

İşsiz kişi gördünmü, göydə necə göysüzsən, yerdə necə yersizsən?...

Hər kəs quru vəd verdi, səbir et hələlik döz sən, səbir et hələlik döz sən.

Hər dəfə götürdükcə ondan nəsə bir söz sən, bundan nəsə bir söz sən.

Varlığıvı kiçiltmişdir, boynunda olan minnət, aç qapını və rədd ol get.

***

Bu dövrüdə kim eylər pulsuz kişiyə hörmət, aç qapını və rədd ol get

Yalvarma mənə boş-boş ay zatına min lənət, aç qapını və rədd ol get.

 



Tarix: 16.05.2017

2557