Qazanc iyini alıb


Qapalı məhkəmə öncəgörməsini indidən hərraca çıxarıb

Dəfələrlə sübut olunub ki, müxalifət partiyaları vətəndaşların xarici ölkələrdə sığnacaq almasına zəmin yaratmaq üçün pul müqabilində onlara saxta təqibolunma sənədləri veriblər. Elə həmin müxalifətçilər Cənubdakı soydaşlarımızın qatili olan İran mollalarının əlini "ağam" deyə öpən satqınları da maddi "qrev" müqabilində siyasi dustaq elan elədilər. İndi ordumuzda bir qrup hərbçinin erməni kəşfiyyatına işləməsi aşkarlanıb. Əli Kərimli özünə indidən əl qatıb ki, onların məhkəməsi açıq keçirilməlidir. Özü də yaxşı bilir ki, dövlət sirri, kəşfiyyat işləri ilə bağlı məhkəmələr qapalı keçirilməlidir. Kərimli bu olaydan da qazanc iyini alıb artıq. Məhkəmə qapalı keçirilərsə o, hansısa maddi maraq müqabilində, həmin xainləri də siyasi dustaq elan edəcək. Buna görə sosial şəbəkələrdə paylaşdığı video çıxışları ilə bu işdə maraqlı olan güclərə indidən özünü nişan verir.  



Tarix: 09.05.2017

5607