Vergül xanım


Belə xanımlar olmasaydı smayliklər də darıxardı

Ruslar öz anekdotlarında, nədənsə, zərif ağlın nümayəndəsi kimi kürənsaçlı qızları hədəf seçirlər. Sevindirici haldı ki, bizim də öz milli "tupoy"larımız yetişməkdədi. "Da" ilə "də"nin harda bitişik, harda ayrı yazılmasını həmişə dəyişik salar, sürdüyü maşının salonundakı güzgüsündə pomadalanar, ağıldan xeyli kənarda yaşayarlar. Ancaq belə xanımlar olmasa bahalı paltar mağazaları, əndribadi restoranlar müflis olar. Çünki zəngin kişilərin cibinin kodunu yalnız onlar bilirlər. 



Tarix: 05.05.2017

5043