İtin də xəbəri olmur
Tarix: 04.05.2017
Müsəlmanın Əzraili çomaqnan gəlir
İtin deməyinə baxma, Əzrail gələndə heç onun da xəbəri olmur. Özü də bu xristian Əzrailidi, bizim Əzrailin çiynində çomaq, ya da dəhrə olmalıdı. Çünki müsəlman rahat ölmür, başına çomaqla vurmasan xeyri yoxdu. Öz başına buraxsan müsəlman heç vaxt ölməz. Müsəlmanı başa salmaq olmur ki, a kişi, sən ölüb getməlisən, yer boşalmalıdı, başqaları da dünyaya gəlməlidi, probka yaranmamalıdı.
Tarix: 04.05.2017
68404
Ən çox gülünənlər