Sergey Sçenko - İsrailli karikaturist


  “Netanyahu ilə Obamanı qısa tumanlarda çəkməkdənsə, problemləri yunan əfsanələri formasında ərsəyə gətirmək mənim üçün daha maraqlıdır”

İsraildən olan bu karikaturaçı ölkəsindən daha çox dünyada məşhurdur. Karikaturalarında çox gülməli və parodiya yaradan müəllifin adı -  Sergey Sçenkodur. Müxtəlif ölkələrdə keçirilən karikatura müsabiqələrində qızıl medalların çoxunu çəkdiyi rəsmlərlə qazanıb. Hətta onun nüfuzlu mükafatlarının sayı 60-ı ötüb.  Onun fikrincə, karikatura ciddi məsələdir. Burada istedad, xüsusi analitik düşüncə tərzi olmadan keçinmək mümkün deyil. Karikaturaçının son müsahiblərindən birini təqdim edirik.

 

- Sizcə, karikatura, sadəcə, gülməli olmalıdır? Yoxsa, mütləq günün aktual mövzusuna toxunmalı və ya hansısa dərin fikiri bildirməlidir.

 - Karikaturanı İsraildə iki əsas istiqamətə ayırmaq olar - siyasi (qəzet) karikatura və “Gag cartoon” - fəlsəfi, yumoristik karikatura. Nəşr olunan qəzetlərdə, yumoristik rubrika var. Orada, adətən, sadəcə, yumor – “Gag cartoon” olur. Burada, “İvrit” mətbuatında bu anlayış yoxdur. Son zamanlar Hayfada baş tutan karikatura müsabiqələrində siyasi karikaturalar böyük tamaşaçı rəğbəti qazanmır.

Hər kəs  “Gag cartoon”a məmnuniyyətlə gəlir və ürəkdən gülürlər. Digər tərəfdən karikatura, sadəcə, gülməli olmaya da bilər. Buna görə gülüşün arxasında göz yaşı, sosial məna kəsb edən dərin bir şey tapmaq olar .  Son vaxtlar dünyada karikatura aləmində yeni istiqamət yaranır və sürətlə inkişaf edir. Karikatura sənət əsərləri kimi dəyərli olmağa yaxınlaşır.

 - Əsər qədər ciddi əmək tələb edər yəqin?

- Rəngkarlığı indiyə qədər sevirəm - Sevimli qadın kimidir mənim üçün. Amma bu qadın özünə çox böyük diqqət tələb edir. Yəni rəssam bütün həyatını ona həsr etməlidir və gündə 8 saat işləməlidir. Hər gün. Mən böyük uşaqlar üçün müəllimlik edərək pul qazanırdım. Dərslərdən sonra karikatura ilə də məşğul olurdum.

Karikatura janrı, bir az vaxt aparır. Bir gün, yarım günə karikaturanı ərsəyə gətirmək olur. Lakin onun mövzusu haqqında daima fikirləşirəm. Bu konseptual qrafika mövzusunun üstünlük təşkil etdiyi intellektual yaradıcılığının bir növ yaradılmasıdır.

- Karikatura siyasət olmadan? Bu biraz çətin deyil?

 - Niyə ki, müxtəlif janrlar var. Mən qeq-kartunu sevirəm. Burada əbədi olan ümumbəşəri problemlər, kişi və qadınların münasibətlərini əks etdirən mövzular boldur. Bu problemin həlli üçün qumqabının içində Netanyahu ilə Obamanı qısa tumanlarda çəkməkdənsə problemləri yunan əfsanələri formasında ərsəyə gətirmək mənim üçün daha maraqlıdır. 

- ABŞ-ın yeni prezidentinin rəngarəngliyi sizi yaradıcılığa səsləmir?

- Bütün internet Tramp haqqında yazır, çəkir. Düzünü desəm, əllərim artıq qaşınır. Şəkil haqqında düşünmüşəm, bu, tezliklə olacaq. Amma ən gözəl şəxs Yasir Ərəfat idi. Onun vəfat etdiyini eşidəndə kədərləndim. Nadir tipaj idi. Gəzən karikatura. Hər karikaturaçı üçün hədiyyədir. Ben Laden də həmçinin. Ümumiyyətlə, siyasətçi nə qədər tanınmış olursa onu çəkmək daha asandır. Belə ki, Tramp yaradıcılıq üçün çox faydalıdır, amma siyasət üçün - Bax onu yaşayarıq, görərik.

- Sizə karikatura öyrətmək üçün müraciət edənlər olurmu?

- Əlbəttə. Mən isə əvəzində “karikaturanı öyrətmirəm” deyə cavablandırıram. 50 şagirdim var. Bunlardan üçü, dördü karikatura çəkmək qabiliyyəti var. 10-12 yaşından başlayırlar özlərində bu istedadı hiss etməyə, daha sonra mən də tədricən bu şagirdlər ilə məşğul olmağa başlayıram, onlara xüsusi tapşırıqlar verirəm. Onlar yumoru hiss edirlər. Bu isə xoşuma gəlir. Elə uşaqlar var ki, çox gözəl şəkil çəkirlər, amma onlarla karikatura haqqında danışmaq faydasızdır .

Şarjlar barədə danışanda hər zaman deyirəm - bu, bütöv bir nəzəriyyədir. Şarjlara adi yanaşma zövqümə uyğun deyil. Hesab edirəm ki, şarj zahiri oxşarlıqdan daha çox insanın daxili aləmini göstərməlidir.

- Texnologiyaların inkişafı sizin işinizə təsir edibmi?

 

Özü də çox güclü. Əvvəllər mən demək olar ki, bütün şəkili əllərimlə çəkirdim. Son vaxtlar isə fotoşopdan fəal istifadə edirəm, xüsusilə aktual nəsə lazım olanda. Amma əsasən özüm çəkirəm, qrafika ilə tamamlayıram, üzərində kompyuterlə işləyirəm. Yeni imkanların yaranması maraqlıdır.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 27.04.2017

6116

Ən çox gülünənlər