Biometrik aparat da Sarkisyanı tanımadı


Dünənki seçkilərdə Ermənistanda təkcə qanun pozuntuları deyil, ifşaedici, gülməli hadisələr də baş verib. Belə hadisələrdən biri Sarkisyan səs verərkən qeydə alınıb.

Belə ki, səsvermədən əvvəl Sarkisyan seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemindən istifadə edə bilməyib. Öncə aparat onun biometrik kartını qeydə almayıb. Daha sonra Sarkisyan ikinici sənədini təqdim etməli olub. 


İkinci sənəd qeydiyyatdan keçsə də, bu dəfə əl izinin tanınmasında texniki problem yaşanıb. 

Bir sözlə, saxta və lazımsız adam olduğunu tale Sarkisyana aparat vasitəsilə başa salmaq istəyib.



Tarix: 03.04.2017

66586

Ən çox gülünənlər