Andrey Biljo - Rusiyalı karikaturst


“Əgər sən əsl dindarsansa dua et, inancının təhqir oluna biləcəyi başqa bir dünyaya daxil olma. “Pis” karikaturalara baxma, “Pis” jurnalları vərəqləmə, “Pis” filmlərə, tamaşalara, sərgilərə getmə. “Pis” saytlara girmə, “Pis” kitabları oxuma. Yox, əgər sən özün də o tərəfliksənsə, onda bununla bağlı yalnız özünü danla”.

 Andrey Biljo - rusiyalı karikaturaçı rəssam, yumorist. İxtisasca həkim-psixiatr olsa da, animasiya, kitab illüstrasiyaları və interyer dizaynı sahəsində də çalışıb. Atası rus anası yəhudi olan Andreyin hər iki babası Stalinin əmri ilə güllələnərək öldürülüb. Rəsmə marağı uşaqlıqdan olub. Əvvəlcə qrafika ilə məşğul olub. 1975-ci ildən karikaturaçı kimi onun əsərləri “Ədəbiyyat qəzeti”, “Moskovski Komsomoleç”qəzetlərində və digər dövri nəşrlərdə çap olunmağa başlayıb. 1989-ci ildən rəssamlıqla məşğul olur. 15 il “Kommersant” nəşriyyat evində baş rəssam-karikaturaçı işləyib. Məhz bu zaman onun məşhur personajı “Petroviç” yaranır. Bu personaj karikaturaçı rəssama dünya şöhrəti qazandırıb. “Petroviç” karikaturalarının əsas qəhrəmanı özündə müasir insanın ümumiləşdirilmiş obrazıdır. Bundan başqa karikaturaçı bizneslə məşğuldur. Məşhur personajı “Petroviç”in adı ilə bağlı olan restoran açır. Daha sonra bu restoranların sayını artırır. Hazırda isə “Mağaza” jurnalının baş rəssamıdır.

Andrey Biljonun “Karikatura xəstələri” adlı yazısını təqdim edirik.

**

Karikatura yaradanlar onun xəstəsidir. Əgər karikatura çəkirsənsə onda sən karikaturaçı kimi düşünüb, aləmi karikaturaçı kimi görürsən. Bu, sənin obrazının fikirdir və sən başqa cür eləyə bilməzsən.  Mən bu xəstəliyə çoxdan düçar olmuşam.

Karikaturanı təhqir kimi qəbul edənlər də xəstədir. Bu, tamam başqa xəstəlikdir. Bu virus olsa da yenə də xəstəlikdir. Abstrakt düşünə bilməyən adamlar da var. Bu onlara lazım deyil. Onlar nə yaxşı deyil, nə də pis. Onlar necə var elədirlər. Onların xüsusiyyətinin intellekt səviyyəsinə heç bir dəxli də yoxdur. Onlar şüurlarında karikaturaçı tərəfindən çəkilmiş personajları nədənsə reallıqla eyniləşdirirlər. Bu, eynilə cinayətkar rolunda olan aktyorun həyatda da cinayətkar hesab edilməsinə bənzəyir.

Karikaturaçılar karikaturalarda çoxlu rəmzlərdən, nişanlardan, mif, əfsanə, klassik ədəbiyyat və dində mövcud olan obrazlardan tez-tez istifadə edirlər. Rəssam qarşısına bu obrazları qaralamaq və ya təhqir etmək məqsədi qoymur. Məqsəd başqadır; bu obrazların köməyi ilə Adəm övladının insani qüsurlarını göstərmək, ifşa etmək, istehza etmək.

Bu onu göstərir: İnam bəziləri üçün - nəsə pis bir şeyi gizlətmək: İnam bəziləri üçün - yalan və pafos; İnam bəziləri üçün - moda; İnam bəziləri üçün - bacadır.

Təkrar edirəm Bəziləri üçün…

Əgər sən əsl dindarsansa və sənin hisslərin tez təsirlənirsə dini qaydalara görə yaşa, müvafiq şəkildə geyin, müvafiq şəkildə ye, dua et, heç bir şəkildə sənin hisslərinin təhqir oluna biləcəyi başqa bir dünyaya daxil olma. Onları qoru və özünü aldatma. “Pis” karikaturalara baxma, “Pis” jurnalları vərəqləmə, “Pis” filmlərə, tamaşalara, sərgilərə getmə. “Pis” saytlara girmə, “Pis” kitabları oxuma. Yox, əgər sən özün də o tərəfliksənsə, onda bununla bağlı yalnız özünü danla. Çünki sən, birinci öz inaclı hisslərini təhqir edirsən. Azadlıq - cəmiyyətdə zarafat azadlığını əks etdirir. İndi isə hər şey çox dəymədüşər olub.

Jurnalın üzünə vurulan karikatura, satirik rəsm, plakat həmişə güldürməməlidir. O daha çox təhrik etməli, qıcıqlandırmalı, gözlənilməz bucaq altında bu və ya digər sosial vəziyyəti göstərməyə məcbur etməlidir. O, həmişə zərbə ilə vurmalı, döyməyə hazır olmalıdır. Amma qaşı deyil, gözü…

 Əgər bu zərbə düz dəyməyibsə, deməli, rəssam və onun redaktoru qarşıya qoyduğu vəzifənin öhdəsindən gələ bilməyiblər.

Hər şey barədə çəkmək olar. Vacib olan rəssam nə şəkil çəkir və ya o, hansı məqsədi güdür. Vacib olan odur ki, o, bunu necə edir, yəni hansı qrafik dildən istifadə edir. Və ən vacibi odur ki, o, kimin üçün çəkir. Yəni rəssam onun şəklinə baxacaq olan auditoriyanı nəzərə almalıdır.  Karikatura şən olmaqla yalnız əyləndirə bilər. Karikatura insani qüsurlara lağ edə bilər. Karikatura cəmiyyətin bu və ya digər sosial probleminə diqqət yetirə bilər. O, düşünməyə vadar edə bilər. Əgər karikatura fəlsəfidirsə o, kədərli, qəzəblidirsə, aktiv ola bilər.

Qara yumor karikaturası da mövcuddur.  Ümumiyyətlə, karikatura kifayət qədər zəngindir. Lakin həmişə ona baxan auditoriyanı nəzərə almaq lazımdır. Karikatura çəkməyi qadağan etmək olmaz. Özü də hər bir rəsm əsərinə görə cəzalandırmaq olmaz. Bunu müzakirə etmək olar. Mübahisə etmək olar. İzah etmək olar.  Amma cəzalandırmaq olmaz. Sağ olun və özünüzü ələ alın.

 

 Hazırladı: Günəş Fərhadlı



Tarix: 28.03.2017

5375

Ən çox gülünənlər