
“Nə üçün futbol haqqında çəkirsən? Sən, ən yaxşısı, siyasətçiləri çək”.
Məşhur futbol karikaturaçısı Omar Momani. Ölkəmizdə onu sonuncu karikaturası ilə tanıdılar. Belə ki, Omar “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Almaniya matçıyla bağlı karikatura çəkib. Momani karikaturanı sosial şəbəkədəki şəxsi hesabında “Niyə də yox, Azərbaycan?” başlığı ilə təqdim edib. O, daha sonra “Norveçi məğlub etmiş Azərbaycan dünya çempionlarına qarşı nə isə edə biləcək” sualını verib. Karikaturada kiçik qalanı nəhəng alman futbolçulardan müdafiə edən millimizin 4 üzvü Kamran Ağayev, Ramil Şeydayev, Dmitri Nazarov və Rəşad Sadıqov təsvir edilib.
1981-ci ildə İordaniyada anadan olan Omarın atası həkim, anası müəllimdir. Onun anası qaraçaylıdır. 10 yaşında futbolla maraqlanan Momaninin ilk böyük işi 2010-cu ildə keçirilən dünya çempionatı olub. Karikaturaçının sonuncu müsahibəsini təqdim edirik .
- Necə oldu futbolla bağlı karikaturalar çəkməyə başladınız?
- Mənim virtual qəhrəmanlarım heç cür populyarlıq əldə edə bilmirdi. Fantaziya, yaşamaq, gəlir əldə etmək üçün yeni geniş imkanlar axtarmaq lazım gəlirdi. Mən müxtəlif mövzularda şəkil çəkirdim. 2010-cu ilin dünya çempionatı zamanı isə futbol karikatursında özümü sınadım. CAR-da baş tutan çempionatda çoxlu maraqlı əhvalatlar baş verdi və İlbiz Paulu təsviri.
- Tamaşaçıların reaksiyası necə oldu?
- Mən əvvəlcə işlərimi dost və yaxınlarıma göstərdim. Onların çox xoşuma gəldi və güldülər. Məni dəstəklədilər və davam etdirməyi məsləhət gördülər. Bizim İordaniya nəşrlərinə karikaturalarımı yolladım. Amma cavabların əksəriyyəti müsbət ruhda deyildi: “Sən niyə futbol haqqında çəkirsən? Sən ən yaxşısı siyasətçiləri çək”. Bəzi qəzetlər isə hesab edirdi ki, mən onlar vasitəsi ilə özümü reklam etmək istəyirəm və buna görə pul istədilər məndən.
- Karikatura qəhrəmanlarının özləri sizinlə əlaqə yaradıb?
- Braziliyida keçirilən futbol üzər dünya çempionatına filin üzərində Droqba və aslanın üzərində Etonun getməsi ilə bağlı çəkdiyim karikaturanı Didye paylaşmışdı. Bu rəsmi onun səhifəsində görən Samuel qəzəblənərək: “Bu kimin əl işidir” yazmışdı. Mən “cinayət əməli”ni etiraf edəndən sonra kamerunlu oyunçu rəsmi “retwit” etmişdi və çoxlu komplimentlər demişdi. Bu xoş idi. Daha sonra Ture də bu rəsmi sosial şəbəkədəki səhifəsində paylaşmışdı. Eyni zamanda bu günə kimi heç bir futbolçu onun karikaturasını silməyi məndən xahiş etməyib.
- Elə karikaturanız olubmu ki, özünüzün də dəhşətli dərəcədə xoşunuza gəlsin?
- Xoşuma gələn bir əhvalatı xatırlamaq istəyirəm. “Çempionlar Liqası”nın yarımfinalında “Çels” “Barselona” nı məğlub edib. Mən də içərisində kataloniyalıların məhkum olduğu və azadlığa çıxmaq istədiyi məşhur göy avtobusu çəkdim. Bu şəkil indiyəcən “Goal.com” saytında populyarlığına görə öndədir. Karikatura İngiltərədə banner kimi dəfələrlə istifadə edilib. Balotellini çəkmək çox xoşuma gəlir. Bu oğlan sadəcə yeriyən mövzudur. Marionu donuzu ilə təsvir etməyi çox sevirəm.
- Messi, yoxsa Ronaldo?
- Kriştianunu çəkmək çətindir. Messinin karikaturası üzərində işləyəndə cizgi filmi obrazı olan sevimli it “Snuppi”ni düşünürəm. Ona görə də Leo həmişə mənim şəkillərimdə kiçik olur.
- Siz nəyi məhdudiyyətsiz çəkmək istəyərdiniz?
- Müəyyən istəyim yoxdur. Olsa belə bu, nəsə futurizm və ya fantastik olacaq. Mürəkkəb ideyalar hələ bir çoxları üçün aydın deyil. Buna görə onları hər zaman asanlaşdırırlar. Mən hər kəs üçün aydın olacaq karikatura çəkməyi qarşıma məqsəd qoymaq istəməzdim.
- Senzurayla məhdudlandırılmış hansı rəsm əsəri üçün yazığınız gəlir?
- Mənə görə çıxdaş edilmiş rəsm yolverilməz israfçılıqdır. İstənilən ideya redaktorlarla kifayət qədər ətraflı razılaşdırılır. Əgər məndə şübhə yaransa ki, material senzuradan keçməyəcək, mən onu ilkin rüşeym mərhələsində face-contorola (ilkin baxış) göndərirəm. Karikaturalarımda qlobal düzəlişlər heç vaxt edilməyib.
- Bir rəsmin hazırlanması nə qədər çəkir?
- Əvvəllər ideyaları axtarmaq çətin idi. Amma təcrübə yığdıqdan sonra bu problem qalmayıb. Mən redaksiya ilə məzmunu müzakirə edirəm, karandaşla konturları çəkirəm. Sonra isə rənglənmə mərhələsi. Orta hesabla, təxminən bütün proses 3 saat davam edir.
Hazırladı: Günəş Fərhadlı
Tarix: 13.03.2017
