Qafar Şövqi Satira


"Gözümüz aydın ola, ay dədə, ağ gün budumu? Sözə don geydirən insanları çılpaq görürük".

 Kəlləmayallaq görürük

 Sağı biz sol görürüksə, solu biz sağ görürük.

İşə bax, sağ qalanı kəlləmayallaq görürük.

***

Daha yüksəkliyin ifratına varmış biriyik.

Bizə alçaq deyən insanları alçaq görürük.

***

Çörəyin qiymətinin yüksəlişindən bizə nə?

Pulumuz qurtaran andan daşı yumşaq görürük.

***

Əşşi, bir halda ki daşlar da gəlir xoşumuza,

Daş ola başımıza, qarələri ağ görürük.

***

Gözümüz aydın ola, ay dədə, ağ gün budumu?

Sözə don geydirən insanları çılpaq görürük.

***

Exlağın tərkibi lütdüydü əzizim, bunu bil.

Soyunursansa əgər, səndə də əxlaq görürük.

***

Şövqi, neyçün sürünüb, torpağı cırmaqlamayaq?

 

Axı insanlığı biz cırmağa-cırmaq görürük...



Tarix: 23.02.2017

2973