Con Berqer İngilis ədəbiyyatı


“Bu gün iqtisadi faşizm kasıblar və varlılar arasında uçurumu durmadan dərinləşdirir, həm də günbəgün və bu, müharibələrlə müşayiət olunur. Səbəb zəngin insanları qorumaq, kasıbları məsafədə saxlamaqdır”.

Con Berqer - məşhur britaniyalı yazıçı, art-tənqidçi, rəssam, dramaturq və ssenaristdir. 5 noyabr 1958-ci ildə Londonda dünyaya gəlib. Berqer karyerasına rəssam olaraq başlayır, 1940-cı illərin sonlarından Londonda bir çox sərgiyə qatılır. İlk romanı “Zəmanəmizin bir rəssamı” (“A Painter of our Time”) 1958-ci ildə çap olunur. “Görmə tərzləri” essesində yazılanlar isə 40 il əvvəl klassik olmağı bacarıb. “G” adlı romanı 1972-ci ildə Buker mükafatına layiq görülüb. Yazıçı əldə etdiyi pul mükafatının yarısını “Qara panter” təşkilatına verib.

 

Bundan başqa, onun mükafat kolleksiyasnda “Golden PEN” və “Petrarca-Preis” da var. O, öz dövrünün ən cəsarətli yazıçılarından hesab olunurdu. Onun “Şanslı adam” (A Fortunate Man), “İncəsənət və inqilab” (Art and Revolution), “Yeddinci adam” (A Seventh Man), “Fotokopiyalar” (Photocopies), “Toya” (To the Wedding), “Kral” (King) kimi romanları dünya ədəbiyyatının incilərindədir. Ölümündən öncə öz arxivini Britaniya kitabxanasına hədiyyə edib.

Dunya şöhrətli ingilis yazıçısı və tənqidçisi Con Berqer 90 yaşında 2 yanvar 2017-ci ildə dünyasını dəyişib.

Onun müsahibələrindən birini təqdim edirik.

- Berqer sərt açıqlamaları ilə tanınır. Yazıçı hər sözü ölçüb-biçir, bəzən düzəldir, öz fikrini bildirmək üçün daha dəqiq sözlərdən istifadə edir. Onun dilin devalvasiyası ilə bağlı suala cavabı nə olardı?

- Sistematik olaraq sözlərin düzgün istifadə edilməməsi zamanı onlar mənasını itirir, boş olur. Yəni bir sözlə, arxasında dayanan elmi yükü itirir. Bu, ilk növbədə, nadanlıqdan irəli gəlir. Nümunə üçün uzağa getmək lazım deyil. İndiki siyasətçilərin debatlarda əksər siyasi çıxışları, bazar güclərinin nümayəndələrinin dilindən eşitdiyimiz ifadələr, beynəlxalq valyuta fondunun əməkdaşının və sair şəxslərin qəbul etdiyi qərarlar nəticəsində mənə elə gəlir ki, onların yerdə nələrin olduğundan qətiyyən məlumatı yoxdur. Hətta deyərdim ki, onlar qəbul etdikləri qərarların nəticəsində nələrin baş verdiyindən xəbərsizdirlər. Beləliklə də, dediyim o dil bu cür formalaşır. Sözü olmayan dil boşdur deyərdim, amma bu, düzgün olmazdı. Boş - həddən artıq məsum ifadədir. Onların sözləri bilərəkdən seçilmiş cəhalət möhürü ilə qeydə alınıb. Dilin qiyməti qalxan deyil. O yalnız istifadə ediləcək. Müəyyən qarşılıq hesabına.

- Berqer 1926-ci ildə anadan olub və 20-ci əsrin bir neçə faciəsinin şahidi olub. Şahidi olduqlarınız nikbinliyinizə təsir edib?

- Ola bilsin ki, bədbinlik və nikbinlik əks mənadır və hesab edildiyindən başqa mənası mövcuddur. Axı onlar nə deməkdir? Burada söhbət hansısa obyekt və ya vəziyyətdən getmir. Bu vəziyyətin qiymətləndirilməsi haqqında, hesablanması mümkün ola biləcək gələcək hadisələrin baş verə biləcəyindən və ya baş verə bilməməsindən gedir. Lazımı qiymətləndirmə etdikdən sonra əgər siz mənfi nəticəyə gəlirsinizsə - bədbin,  müsbət tərəf isə nikbin olur. Necə olursa-olsun, bütün hər şey hesaba dirənir. Təkamülün gedişi hansısa gələcək hadisələrin ehtimalını hesablayır. Mənə elə gəlir ki, nikbinliklə ümid arasında çox böyük fərq var. Və ya əksinə, bu bədbinliyin analoqu nə sayılır? Yəqin ki, ümidsizlik. Hərçənd mən buna əmin deyiləm. Ola bilsin ki, bu etinasızlıqdır. Ümid - qaranlıqda inam hissini itirməməkdir, özü də bu. kollektiv hissdir. Bəlkə də, səhv edirəm, amma mənə elə gəlir ki, ümid hissi olan insanlar bunu bir-biri ilə bölüşürlər.

- Din - bunu xatırlayırsınız?

- Dini müqəddəsliklə qarışdırmaq lazım deyil. Bu gün din ona necə etiqad edirlərsə, o formadadır. Dindarların üzv olduğu bir sıra təsisatlar da, adətən, müqəddəs anlayışdır, halbuki onlarn çoxu anonimdir. Amma istisna deyil ki, insan təxəyyülündə onlar az və ya çox dərəcədə eyni yer tutur. Bu baxımdan Spinoza kartezian dualizminin nümayəndəsi kimi çox vacibdir. Burada maddi və mənəvi vəziyyət tərəzidə eynidir. Bu, əslində, onun təfəkkürünün təməlində durur. Bədən həmişə yaşlanır, ölümə hazırlaşır. Bu nöqtədə heç bir zaman nəzəriyyəsi əngəl olmağı məsləhət görmür. Ölüm və zaman daim köməkləşməkdədirlər. Zaman işini asta görürkən, ölüm öz işini tez bitirir.

- Söhbət Berqerlə ondan başladı ki, bir neçə nəfər onun rəssam, hekayəçi olması ilə yanaşı səxavətli, əsl dost olduğunu qeyd etdi. Müəllif, adətən, öz şəxsi keyfiyyətlərini böyütməyərək yalnız öz yaradıcılığı barədə bunları deyib.

- İnsanlar nə yazdıqlarına çətinliklə inanırlar. Bu zaman bir qayda olaraq, bilmirsən, nə edirsən. Əlbəttə ki, yazdığın zaman dəqiqliyə can atırsan, açıq, səxavətli olmağa çalışırsan, oxucuya münasibətdə ona yer vermək istəyirsən. Amma əslində, sən doğrudan bilmirsən ki, axı sən yenə də nə eləyirsən. Bu bəzən bir neçə il əvvəl yazılmışları təkrar oxuduğun zaman baş verir. Və ya bu tez-tez olur. Digərinin qavrayış vasitəsilə, kiminsə köməyi ilə etdiklərini anlamağa başlayırsan. Yazmaq mənim üçün görünməyən tərəfdən müxtəlif şeyləri birləşdirmək üsuludur. Poeziya və məcazın ən böyük vəzifəsi məhz kəsilmiş məqamları yenidən birləşdirməkdir.

- Kitablarınızda nə var?

 - Mən həmişə çalışıram ki, oxucu real dünyada nə baş verdiyini görsün və qavrasın. Dünyada baş verənlər həm çox gözəldir, həm də dəhşətlidir. Amma bu, bu gün, xüsusilə dəhşətlidir. Buna səbəb yeni iqtisadi dünya quruluşudur. Mən onu iqtisadi faşizm adlandırıram. Düşünürəm ki, hər kəs anlayır nəyə görədir bu tərif. Hər gün qəbul olunan qərarlar kasıblar və varlılar arasında uçurumu durmadan dərinləşdirir, həm də günbəgün. Əlbəttə, bu müharibələrlə müşayiət olunur. Səbəb zəngin insanları qorumaq və kasıbları məsafədə saxlamaqdır. Ticarətin gücü və məntiqi yalnız gəlirləri artırmaqdan ibarətdir. Burada zaman anlayışını xatırlamaq yerinə düşər. Sənaye kapitalizmdən fərqli olaraq maliyyə kapitalizmi uzaqgörən deyil və söhbət onun öz maraqlarından getdiyi zaman məntiqi və düşüncəsi işə düşür. O, spekulyativ əqdlərdən ibarətdir və onların gələcəyi çox qısa olur. Bəzən bu bir dəqiqə, bir saat, bəzən 10 il davam edə bilir. Lakin bundan o tərəfə keçə bilmir.

 

Keçmiş, elə bil, heç yox imiş kimi geridə qalır. Bununla da biz çox qısa, müvəqqəti miqyaslı dünyada yaşayırıq. Odur ki, bütün kainatda qarşılıqlı asılılıq ifadəsi bu gün danılır. Özü də nəinki danılır, deyərdim ki, sistematik olaraq rədd edilir və qəbul edilmir. Buna görə də bu əlaqə, həm də siyasi mənada da mühüm məsələdir.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 01.02.2017

4074