Obamaya yeni iş təklifi


Bu gün ABŞ prezidenti Barak Obama Çikaqo şəhərində vida çıxışı edib. Vida çıxışı zamanı göz yaşlarına hakim ola bilməyən prezidentin fotoları dərhal dünya mediasında yayılıb.

Əslində, Obamanın yerinə kim olsa ağlayar. Adam burda JEK müdiri vəzifəsindən gedəndən sonra bir qohum üzünə baxmır. Halal arvadının yanında belə əvvəlki hörməti qalmır. O ki qala o boyda ölkənin başçısı olmaqdan məhrum olsan. Bu dəqiqə ABŞ-da nə qədər adam var ki, telefonundakı "o" hərfli adların arasından Obamanın nömrəsini silir. Həyatın qanunları hər yerdə eynidir.



Tarix: 11.01.2017

18241