“Harda gəldi dincəlirəm”


Artıq bir neçə gündür ki, Milli Məclisin deputatları yay tətilinə çıxıblar. Onlardan harada istirahət edəcəklərini soruşduq.

Fəzail Ağamalı: “Hazırda evdəyəm. Xarici ölkələrdən birində dincəlmək istəyirəm, amma xəritəni tapa bilmirəm”.
Aqil Abbas: “Qarabağ işğal olunandan sonra harda dincəlməyin mənim üçün heç bir mənası qalmayıb. Ona görə harda gəldi dincəlirəm”.
Fazil Mustafa: “Mən yorulmamışam”.
Zahid Oruc: “Həyətdə dincələcəyəm”.
Fərhad Qəribov: “Biz qışda dincəlirik”.



Tarix: 23.07.2015

3690