Betto Frey - Yenicağın Braziliya ədəbiyyatı


"Qlobal kazinoda təkcə zənginlər udur. Qalanlarına xəyallar və yoxsulluq qalır. Etnik və etik dəyərlər istehsal qarşısında spekulyasiyaya uğrayır, dəyərdən düşür".

Braziliyalı yazıçı, solçu siyasi xadim, ilahiyyatçı Betto Frey Əsl adı Karlos Alberto Libanio Kristo olan yazıçı Braziliyada diktatura zamanı müqavimət hərəkatında iştirak edib, Milli Azadlıq uğrunda fəaliyyəti dəstəkləyib. Repressiyadan qaçan insanlara yardıma görə 4 il həbs cəzası alıb. Orada işgəncələrə məruz qalıb. 1980-cı illərdə Kubaya səfər edib, Fidel Kastro ilə görüşüb. Bunun nəticəsi olaraq “Fidel və Din” kitabı işıq üzü görür.

Bir çox məşhur yazıçılarla birgə Puerto-Rikoya müstəqillik verilməsi tələbi ilə çıxış edib. 2013-cü ildə  Xose Martin adına YUNESKO-nun Beynəlxalq mükafatı ilə təltif edilib. 50-yə yaxın kitabın müəllifi olan yazıçı Luis İnasiu Lula da Silvanın dövründə qida çatışmazlığı üzrə nazir olub. Həyatında baş verən hadisələrdən sonra bird aha siyasətə qayıtmayacağına söz verib. Onun “Neoliberalizm: Kapitalizmin yeni mərhələsi” adlı məqaləsindən seçmələri təqdim edirik.

Mədəniyyətin adi əyləncəyə endirilməsi

Elektron sellə istehlaka doğru aparan xoşbəxtlik bizi dərhal iki tükənməz dalana dirəyir. Birinci dalan təqliddir. Çünki ABŞ üçün nə yaxşıdırsa? bu Braziliya üçün də keçərlidir. Vitrinlərdə satışa qoyulan zir-zibilə özünü əhatə edənlər üçün mədəniyyətimiz əyləncəyə çevrilir və o qədər də bəsitləşir. Sanki, cəmiyyət qarşısında borcun bizə dəxli yoxdur. Etnik amil, dini fanatizm, qeyri-adi şovinizm, dözümsüzlük, inadla məhəl qoymayan plüralizm və demokratiya, hüquq və imkanların bərabərliyi isə ikinci dalandır.

Aşağı sortlu elektron KİV xoşbəxtliyimizin qazlı su butulkaları və ətirdə olduğunu, sevincin siqaret qutularında və konserva banksında olduğunu aşılayır. Şaxta Babaya inam üçün yer, nə də uşaqlığı möhkəmləndirmək üçün vaxtımız yoxdur. Artıq uşaqlığmız boşluqdadır. Biz əvəzində heç nə almadan arzu etmək qabiliyyətini itiririk. Kimyəvi təmiz xoşbəxtlik bizə daha gözəldir. Özünü şəxsiyyət kimi formalaşdırılması yolu ilə irəliyə doğru hərəkət etməyə vadar edən təkan yoxdur.

Nigah, qohumluq və dostluq əlaqələri merkantilləşir. Bu oyun da hollivud filmləri kimidir - kiminki həyasız qəddarlıq təcrübəsinə malik deyilsə məhv olacaq. Ümid yalnız o insanlara qalır ki, onlar bu daşqının bütün arzuları batıra bilməyəcəyini başa düşürlər və külək zəif olsa da, təcrid olunmuşlarla həmrəylik, ədalət uğrunda mübarizə, etikanın yaradılması, insan haqlarının qorunması və rifah içində yaşayanlar və istismar olunanlar arasında sərhədlərin olmayacağı dünyanın yorulmaz axtarışları yolunda üzürlər. Amma bu artıq, böyük inam və müəyyən qədər cəsarət tələb edən başqa hekayədir.

Axtarılan utopiya

Postmodern dəbdədir. O, estetika və həyat üslubudur. Bu, reallıqdan qaçmaq mədəniyyətidir. Əslində, biz inflyasiyadan, öz qızımızdan, arıqlamaq həbləri üçün çox pul xərcləyənlərdən daha çox kitabları pisləyirik. Ölkəmizdə cəzasızlığın daha çox qanundan üstün olmasından həzz alırıq. Biz ictimai maraqlardan geri çəkilərək xüsusiliyə keçdik. Bizim ideallar və köhnə dağılmış bayraqlarımız standart qalstuklarla əvəz olundu. Gələcək barədə xəyallarımız artıq yoxdur. Bu gün bərabər hüquq və imkanlara malik cəmiyyətin qurulmas haqda tezisi təbliğ etmək, ən azı siyasi səhv hesab olunur. Hər halda, melanxoliya bizim hisslərə sahib çıxıb. Biz bədbin gülümsəyirik, göz üçün xoş olsun deyə natiqlərə və reklamlara baxsaq da onlara inanmırıq.

Biz şəxsiyyətlərarası münasibətlərin yaxşılaşdırılmasında uşaq rahatlığını axtarırıq. Biz simulyasiyalarla yaşayır, əylənir ya da sevib, oynayırıq. Telenovella daha real yalan olsa da dayanıqlı aldadıcı illuyuziyalı yalandır. Bizim idrak prosesimiz qırıqlıqla və plüralizmlə səciyyələnir. Beyində yaranan inamsızlıq bizi adət və vərdişlərdən daha çox hazır məhsullara, istehlak gedonizminə sürükləyir. Biz ya tam olaraq yaşayırıq ya da Haydeggerin dediyi kimi itirilmiş yollarda gəzirik. Kölgə və dalanlardan mövcud olan durum müxtəlif qüvvələrlə dərhal dolur. Bu da ictimai həyatda boşluq yaradır.

Əgər bir ölkənin hökuməti lazımi təhsil təsisatını azaldırsa, müəllim əməyinin əvəzini pis ödəyirsə, televiziyadan millətin mədəni səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verməsini tələb etmirsə onda gələcək nəsilə, irsi əlindən alınmış şəxsə polislə quldurun, korrupsionerlə visdanlının, həyatla ölümün arasında fərqin olmasını anlatmaq lazım deyil. Ümidi, dirçəliş davranışı, vətəndaşlığı azad olunmayan şəxslər dövlətin mənafeyini nə düşünəcək nə də o tərəfə baxacaq. Əvvəllər kapitalizmin vəzifəsi cəmiyyətin bütün sinifləri üçün istehsal idi. “Orta sinif” üçün çox ucuz avtomobillər vardı. İndi neoliberalizm 155 milyonluq braziliyalının yalnız 40 milyonu üçün istehlak bazarına daxil olan mallar istehsal edir.

Təkcə onu demək kifayətdir ki, milli gəlirin 50% -i bu imtiyazlı şəxslərin əlində cəmləşib. Ona görə də ilkin tələbat malları kimi lazımsız əşyalar istehsal edilib insanlara sırınır. Neoliberalizm üçün irəliləyiş yox, bazar əhəmiyyətlidir, istehsal yox, spekulyasiya maraqlıdır, məhsulun keyfiyyəti yox, reklamı uğurlu olsun. Mallar onu əhatə edən aura sahəsində alınır və sahibinin statusunu yüksəltməyə qadirdir. Belə ki, malı adi geyim kimi dəyərləndirənlər insan sayılmır. Məsələn, parçanı adi köynək kimi istifadə etmək. Əksinə, etiketli köynəklər, dəbdəbəli avtomobil sahibi üçün sosial yüksəliş platforması kimi xidmət edir. İnsanları zinət əşyaları daşıyan varlıq kimi qəbul etməyə başlayırlar. Neoliberalizm baxımından görünür odur ki, insan heç bir dəyər kəsb etmir. Ona görə də maddi nemətləri olmayanlar qiymətdən salınır, xaric edilir. Kimin ki varıdır o, uzaqdan seçilir və ona diqqətlə qayğı göstərilməlidir.

Bakirəliyi itirmək

Başqa vaxt gələcək ləngiyirdi. Evin pəncərəsindən memarlıq görkəmli dükanın supermarketə çevirilməsini, küçəyə necə asfaltın çəkildiyini müşahidə etdik. Monitor elektron pəncərəsində hazırda dünya hər saniyə dəyişir. Yaponiya fanatikləri bizim televizor ekranlarından ölüm qazı buraxa bilər, Sinqapurda ingilis bankının müflis olması bizim qiymətli kağızlar birjasına təsir göstərir, bizim evimizdə Oklaxoma - Sitidən olan yanğınsöndürən əlində terroristlərin yaraladığı uşağı tutur. Biz qloballaşma erasına qədən qoymuşuq. Məlumat şəbəkələri sayəsində San-Pauludan olan yeniyetmə Pekindən olan çinli qıza aşiq ola bilər, həm də hər ikisi öz evlərini tərk etmirlər.Trilyonlarla dollar zəngin insanların apardığı oyunla elektron şəkildə bir ölkədən digərinə ötürülür. Mədəni və iqtisadi sərhədlər dağılır, siyasi və mənəvi hər şey daha da möhkəmlənir. Güclü hərbi sənayeyə malik olan Braziliya onu metala çevirir bu gün dünya jandarmı roluna iddialı Birləşmiş Ştatlarının hökumətinin göstərişi ilə qarşısında əyilir.

 

Qlobal kazinoda təkcə zənginlər udur. Qalanlarına xəyallar və yoxsulluq qalır. Qloballaşmanın öz kölgələri və işığı var. O, təməlli mədəniyyətləri pozur, korlayır. Etnik və etik dəyərlər istehsal qarşısında spekulyasiya uğrayır, dəyərdən düşür. Digər tərəfdən, o kapitalizm sistemini görünməz edərək kapitalı insan həyatından daha qiymətli edir. Bəzən dövlət başçıları KİV-in yazılarını görməzlikdən gələ bilmirlər. Məsələn, onlar Rioda  ətraf mühitin vəziyyətini,  Vyanada insan hüquqlarını, Misirdə əhalinin artmasını, Kopenhagendə yoxsulluğu, Pekində qadınların hüququnu müzakirə edirlər.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 23.12.2016

1420